• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 04.12.2022 20:10

Baş konsul tələbələrlə görüşüb

KepezTV Player

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk Gəncə Dövlət Universitetində tələbələrlə görüşüb. Tədbir “Zeki Öztürk ilə liderlik və diplomatiya konfransı” adı altında keçirilib. Universitetin müəllim-tələbə heyəti və şəhid ailələrinin iştirak ilə reallaşan görüşdə Zeki Öztürk təcrübələrini bölüşərək liderlik bacarığı, diplomatiya ilə bağlı geniş şəkildə danışıb. Baş Konsul ali məktəblərdə belə tədbirlərin keçirilməsinin gənclərin gələcəyinə müsbət təsir edəcəyini söyləyib.