• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 04.12.2022 20:10

Azərbaycanın təbii sərvətlərinin talanması

KepezTV Player

Xəbər verdiyimiz kimi, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr aparıblar. Mütəxəssislərin Xankəndiyə daxil olmasının səbəbi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı və bundan irəli gələn ekoloji fəsadlarla bağlı monitorinqlər aparmaqdır. Ekspertlər ermənilərin-- təbii sərvətlərimizə qarşı barbarlığının səbəblərini izah ediblər.

Ermənistanın 30 ilə yaxın işğal tarixi boyunca qeyri-qanuni mədən sənayesi torpaq və su mənbələrinin çirkləndirilməsinə gətirib çıxarır. Araşdırmalar göstərir ki, işğalçı dövlətin ən çox ekoloji çirklənməyə məruz qoyduğu ərazilər Qacaran, Qafan, Mehri və Əkərək regionlarıdır. Təkcə 2018-ci ildə dağ-mədən sənaye məmulatlarının 87 faizi Sünikdə istehsal olunub. Digər bir fakt isə “azercosmos”un kosmosdan çəkmiş olduğu fotolardır. Fotolarda meşələrin yandırılması və ağacların qanunsuz kəsilməsi ilə bağlı bütün faktlar öz əksini tapıb.

Araşdırmalara əsasən, Azərbaycanın işğal edilmiş ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər təbii sərvətlər ermənilər tərəfindən talan edilir. Mütəxəssislər işğalçı dövlətin təbii sərvətlərimizə qarşı hərisliyinin səbəbi isə belə izah edir...

Ekspertlərin bildirirlər ki, 30 il işğal dövründə ölkəmizin təbii sərvətlərinin talan edilməsində Ermənistan məsuliyyət daşıyırdısa, hazırki vəziyyətdə buna yol verilməsi Rusiya sülməramlılarını da məsuliyyət sahibinə çevirir.

Nəticə göz qabağındadır, əgər dövlət qurumlarının mütəxəssisləri tərəfindən aparılan araşdırmalar əsasında təbii sərvətləriin talan edilməsi məsələsi bir daha öz təsdiqini taparsa, Azərbaycanın beynəlxalq hüquq məhkəməsinə müraciət etməsi qaçılmaz olacaq.