• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 04.12.2022 20:07

Sülhməramlıların komandanı Rusiya MN-i günahlandırdı

KepezTV Player

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsi ilə bağlı müraciətinə münasibət bildirib. General-mayor Andrey Volkov deyib ki, onlar bütün toponimləri dəstəkləyirlər və Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazırlar. "Məsələn: yazırıq Xankəndi, yazırıq Ağdərə. Bizim generalştabın xəritələrində isə adlar sovet dövründən qalıb. Stepanakert, Mardakert yazılıb. Toponimlərə nə aiddirsə biz ona hörmət edərək Azərbaycanda necə səslənirsə elə də yazırıq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır” - deyə Andrey Volkov vurğulayıb.