• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2502
— 03.12.2022 18:54

Teatrlar festivallara hazırlaşır

KepezTV Player

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi beynəlxalq festivala hazırlaşır. Bundan başqa Dram və Kukla Teatrlarının aktyorları dekabrın ortalarında Bakıda keçirilən Respublika teatrların festivalına da qatılacaq. Hər iki kolletiv bu məqsədlə məşqlərə davam edir.
Gəncə Dövlət Dram Teatrı Türkiyənin Adana və Trabzon şəhərlərində keçiriləcək Beynəlxalq Teatrlar festivalına hazırlaşır. Gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulan festivalda kollektiv Rumun yazıçısı Ejon İoneskonun Kral ölür tamaşası ilə iştirak edəcək. Absurd janrda olan səhnə əsərinin quruluşçu rejissoru Tural Mustafayev,  rəssamı Mustafa Mustafayevdir. Tamaşada Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseyinov eləcədə digər sənət adamları yer alıb.
Bundan başqa dekabırın ortalarında Bakıda keçirilən Azərbaycan Teatrlar Xadimləri İttifaqının 125 illiyi ilə bağlı  festival keçiriləcək Kollektiv Hüseyin Cavidin Ana pyesi əsasında hazırlanan tamaşa ilə təmsil olunacaq.
Həmçinin Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi də festivala hazırlaşır. Belə ki, dekabırın 10-16 kimi paytaxt Bakıda keçirilən Milli klasika festivalında Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi özlərinin hazırladıqları yeni tamaşa ilə çıxış edəcəklər.
Kukla teatrı festivalda Nizami Gəncəvinin Xeyir və şər əsəri ilə çıxış edəcək. Fərmail Paşayevin quruluşunda olan tamaşanın musiqi tərtibatçısı Şamil Məmmədli, rəssamı isə Məhəmməd Hacıyevdir. Tamaşada bir sıra yeniliklər də edilib.
Bundan başqa Kukla teatrının kollektivi noyabırın 25-30 kimi Bakıda 4.4 festivalında da iştirak edib. “Dərdlərin çamadanı” tamaşası ilə çıxış edən kolleltiv şəhərə mükafatla qayıdıb. 

Elnur Vahidoğlu