• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 03.12.2022 20:04

Universitet bufetlərində tələbələrə təklif olunanlar

KepezTV Player

Tələbələri maraqlandıran məsələlərdən biri universitetlərdə qidalanma imkanı ilə bağlıdır. Ali təhsil müəssələrində olan bufetlərdə əsasən “fast food” yeməklər təklif edilsə də qazan yeməklərini təklif edənlər də var. Vaxt və qiymət baxımından səmərəli olduğu üçün tələbələr daha çox ayaqüstü yeməklərə üstünlük verir. Növbəti sujetimizdə belə məkanlarda satılan qidalardan danışacağıq.
Tələbə həyatı deyəndə müəyyən çətinliklər də göz önünə gəlir. Ailədən, yaxınlarından uzaqda qalmaq, məişət probləmlərini özü həll etmək məcburiyyəti tələbələrin üzləşdiyi çətinliklərdəndir. Onlar dərs oxumaqla yanaşı həm də yemək də bişirməlidirlər. Belə olan halda isə tələbənin dadına universitetlərin bufetləri çatır.
Biz hazırda Azərbaycan dövlət aqrar universitetinin bufetindəyik. Burda tələbələrə əsl ev yeməyi dadında təamlar təqdim olunur. Həm quru həm sulu yeməklər var.
Görüntülərdə də əks olunduğu kimi əksər tələbələr özəlliklə də ətraf rayonlardan gələnlər burada təqdim olunan qidalardan istifadə edirlər.
Ali məktəblərdə tələbələrin sıx istifadə etdiyi əsas yerlərdən biri də universitetlərin bufetləridir. Onlar burda həm asudə vaxtlarını keçirir həm də qidalanırlar. Qidalar içərisində hazır olanlarla yanaşı açıq şəkildə satılan və ya burada hazırlanan qəlyanaltılar yer alır.
Azərbaycan Texnologiya Universitetindən bildirilib ki, universitetin əsas yeməkxanası istifadəyə yararsız oduğu üçün təhsil müəssəsinin həyətində müvəqqəti olaraq kiçik iaşə obyekti fəaliyyət göstərir. Bu obyektin nəzarəti isə həm universitet rəhbərliyinin həm də müvafiq qurumların diqqətindədir.
Qida Təhlükəsizliyi Agentliyindən ali və orta ixtisas təhsil müəssələrində qanunvericiliyə uyğun olaraq nəzarət tədbirlərinin mütəmadi həyata keçirildiyi vurğulanıb. Analoji yoxlama noyabr ayı üçün artıq yekunlaşıb.
Universitetdə bufetlərin olması təbii ki yaxşı haldır. Ancaq vacib olan şərtlərdən biri tələbələrə normal qidalar təqdim etməkdir.