• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2357
— 03.12.2022 20:06

Molla rejiminin ekoloji terroru: Urmiya gölünün 95 faizi quruyub

Əsrlərin, minilliklərin şahidi Urmiya gölü. Amma belə gedişlə gələcək nəsillər Urmiya gölünün şahidi olmayacaqlar. Çünki quruya-quruya gedən göl yox olmağın bir addımlığındadır.

İran yalnız azərbaycanlıların tarixini təhif etmir, dilini, mədəniyyətini məhv etmir, eyni zamanda azərbaycanlıların torpaqlarına da bərpası mümkün olmayan ziyanlar vurur. Güney Azərbaycan həm də fars rejiminin ekoloji terror siyasətindən əziyyət çəkir. Bunun ən bariz nümunəsi hazırda 95 faizi quruyan Urmiya gölüdür. Soydaşlarımızın bununla bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasına, problemin həlli istiqamətində müsbət cavab almalarına baxmayaraq, İran buna mane olur, güney azərbaycanlılar üçün həyati əhəmiyyətə malik gölün qurumasına məqsədli şəkildə göz yumur.

Çöhrəqanlının sözlərinə görə, şah zamanında Urmiya gölünə axan çaylarının heç birinin qarşısında sədd olmayıb. Lakin bu gün orada nə az, nə çox, 124 sədd var. Məqsəd gölə şirin su axınının qarşısını almaqdır. Bununla da zatən dünyanın ən duzlu göllərindən olan Urmu gölü daha da şoranlaşır. Gölün quruması isə bölgədə ciddi ekoloji problemlərə, xəstəliklərə yol açır. Vaxtilə dünyanın bir çox yerlərindən bura köç edən quşlar da daha gölə yaxın gəlmir. Urmiya gölünün məqsədli şəkildə qurudulması molla rejiminin azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salmaq siyasətinə xidmət edir. Göl quruyandan sonra onun yerində milyon tonlarla duzlaqlar yaranır, külək isə bu duzu ətrafa səpələyir. Duz dumanı bölgədə yaşayan 16 milyon azərbaycanlını başqa yerlərə köç etmək məcburiyyəti ilə qarşı-qarşıya qoyur.

Cənubi Azərbaycan torpaqları bir çox təbii sərvətlərlə zəngindir. Mövcud hakimiyyət isə bu sərvətlərin talan edilməsi ilə məşğuldur.

Bütün bu problemlərdən isə bir çıxış yolu görünür. Güney azərbaycanlılar öz cümhuriyyətlərini qurmalı, tarixlərinə, dillərinə, mədəniyyətlərinə, eyni zamanda zəngin torpaqlarının təbii sərvətlərinə sahib çıxamalıdırlar.