• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 03.12.2022 12:03

"Yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq"

KepezTV Player

Bir daha təəssüflə bildiririk ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır. Bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması isə ümumiyyətlə anlaşılan deyil. Müdafiə Nazirliyi bir daha israrla qeyd edib ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.
"Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya sülhməramlı kontingentinin 2 dekabr tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.