• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 02.12.2022 20:10

Xəstəliyə və quraqlığa davamlı bitkilərin yetişdirilməsi üçün təlimlər aparılır

KepezTV Player

Hazırda dünyada iqlim dəyişikliyinin səbəb olduğu quraqlıq ona davamlı bitki sortlarının yetişdirilməsi məsələsini aktuallaşdırıb. Proses ölkəmizdən də yan keçmədiyi üçün bu sahədə çalışanlar baş verənlərin təsirini minimallaşdırmaq imkanları artırılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda reallaşan təlimlər buna xidmət edir. 
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Biotexnalogiya və Molekulyar Diaqnostika laboratoriyası bu günlər elm adamlarının ixtiyarındadır. BUrada Molekulyar Genetik tədqiqatların aparılması istiqamətində analiz prosedurlarının mərhələləri  tədqiq edilir. Təlim prosesində DNT izolyasiyasında istifadə olunacaq yarpaq nümunələrinin götürülməsi, mühafizəsi və DNT izolyasiyasının ilkin mərhələləri, zolaqlarının vizuallaşdırılması və oxunması haqqında məlumatlar verilir. 
Bir bitki sortunun yetişdirilməsi üçün 10-12 il vaxt lazımdır. Ancaq molekulyar səviyyədə aparılan analizlər nəticəsində bu seleksiyanı 8 ilə endirmək olur. Həmçinin bitkilərin xəstəliklərə davamlı genlərini də az müddətdə öyrənmək olur. 
Laboratoriya müasir avadanlıqlarla təmin edilib. Bu avadanlıqların köməkliyi ilə bitkilərin xəstəliyə eləcə də quraqlığa davamlılığı öyrənilir. Bu da qərb bölgəsində fəaliyyət göstərən labratoriyadır.
Təlim iştirakçıları nəzəri biliklər əldə etməklə yanaşı, laboratoriyada quraşdırılan cihaz və avadanlıqların iş prinsipləri ilə də tanış olublar. Onlardan əyani istifadə edərək öz bilik və bacarıqlarını artırmaq üçün təcrübə toplayırlar. 

Elnur Vahidoğlu