• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 02.12.2022 20:02

Mollanın zülmündən Bakının nicatına sığınan güneylilərimiz

KepezTV Player

İranda aksiyalar sentyabrın 16-dan, əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Amininin döyülərək öldürülməsinə etiraz olaraq başlayıb. Əslində 22 yaşlı gəncin ölümü səbəb yox nəticə idi. Çünki Məhsa Amini molla rejiminin öldürdüyü nə ilk, nə də son qadın idi. İranda yaşayan xalqlar 40 ildən çoxdur ki, fars rejiminin diktaturası altında əzilirlər. Demək ki, səbrin ömrü 40 il imiş. Bu gün İranda bütün xalqlar – azərbaycanlılar, bəluclar, kürdlər, ərəblər – bir sözlə, hər kəs rejimin amansızlığından təngə gəlib və mollalardan can qurtarmaq istəyir. 
İranda baş verən iğtişaşların kökündə dayanan amillərə diqqət çəkən Mahmudəli Çöhrəqanlı bunu iqtisadi səbəblərlə əlaqələndirir. Onun sözlərinə görə, molla rejiminin hakimiyyəti dövründə ölkədə iqtisadi tənəzzül şah dövründəki ilə müqayisədə daha betər olub. Şovinist fars rejimi etnik xalqları aclıq və səfalət içərisində saxlayır.
Molla Respublikasının tarixində müxtəlif vaxtlarda etiraz aksiyalar baş tutsa da, bu dəfə vəziyyət fərqlidir. Proses artıq iğtişaşlardan inqilab mərhələsinə keçib və hazırkı rejimin süqutunun qaçılmaz olduğu görünür. Siyasi ekspertlər bir qədər də irəli gedərək İranın parçalanacağını proqnozlaşdırırlar. Bundan təbii ki, “azadlıq, ədalət, milli hökumət” deyib küçələrə axışan cənubi azərbaycanlıların da öz nəsiblərini alacağı gözlənilir. Ölkədə yaşayan digər xalqlara xaricdən yardım göstərildiyinə diqqət çəkən Mahmudəli Çöhrəqanlı güneyli soydaşlarımızın yeganə ümid yerinin Bakı olduğunu deyir və Azərbaycanın ən ali səviyyədə dəstəyinin Cənubi Azərbaycanda böyük ruh yüksəkliyi yaratdığını vurğulayır.