• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2417
— 02.12.2022 20:04

Prezident İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Şəkiyə səfər ediblər

KepezTV Player

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki rayonuna səfər ediblər. Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin quru meyvə istehsalı müəssisəsində, eləcə də Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar. Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi-qəbiristanlıq kompleksində aparılmış bərpa işləri, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisindəki təmir-bərpa işləri ilə maraqlanıblar. 
Şəkidən sonra Oğuza səfər edən Prezident İlham Əliyev rayonda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası da istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı Oğuzda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə də tanış olub. Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi qurğularını işə salıb. Prezident “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub.