• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1336
— 02.12.2022 16:12

İki minik maşını toqquşub

KepezTV Player

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" ilə "VAZ 2106" markalı minik avtomobiləri toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin ehtimalara görə hadisəyə sürücülərdən birinin işiqforun tələblərinə məhəl qoymaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.