KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər evinin təşkilatçılığı ilə Tibb Kollecində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib. “Sağlam ol, gələcəyini düşün” devizi ilə baş tutan tədbirdə həkimlər, tələbələr, eyni zamanda Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak ediblər. Yığıncaqda İİV-in yoluxma ehtimalı yüksək olan riskli obyektlər, yoluxma və qorunmağın yolları, QİÇS-li xəstələrlə rəftar barədə geniş məlumat verilib. Hər il Ümumdünya QİÇS-lə Mübarizə Günündə təbliğat xarakterli belə tədbirlərin təşkil edilməsinin gənclərin maariflənməsində vacib əhəmiyyət daşıdığı xüsusi vurğulanıb.
- Baxış: 323