• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 01.12.2022 19:18

İlk dövrənin lideri “Gəncə”

KepezTV Player

Azərbaycan Basketbol Liqasında birinci dövrəyə yekun vurulub. Cari mövsümdə iddiasını ortaya qoyan “Gəncə” komandası ilk dövrədəki çıxışı ilə çempionluğa ən real namizədlərdən olduğunu sübut edib.

Nizami yurdunun kollektivi liqada keçirilən qarşılaşmalarda gözoxşayan oyunu və nəticələri ilə diqqətləri üzərinə çəkməyi bacarıb. Mövsümün əvvəlində etdiyi transferlərlə çempionluğu hədəfləyən sarı-göylər elə ilk dövrədə bu iddianın boşuna olmadığını göstərib. Komanda indiyədək çıxdığı 7 görüşün 6-da qalib gəlib, 1-də isə məğlub olub. Bu nəticələrlə Gəncə 1-ci dövrəni turnir cədvəlində 13 xalla vahid lider olaraq tamamlayıb.

Melyunas Yediminas “Gəncə”nin baş məşqçisi: 1-ci dövrəyə yekun vurduq. Sevindiricdir ki, komandamız turnir cədvəlində ilk pillədədi. Tək mən yox komanda olaraq buna görə çox şadıq. Bu bizim qarşımıza qoyduğumuz ilk məqsəd idi. Uşaqlar çox yaxşı oyun göstərirlər. Onlarla işləmək mənim üçün çox xoşdur. Çıxışımızı belə davam etdirərək daha yüksək zirvələri fəth edəcəyik. Mövsümün sonunadək hələ 3 dövrə var. Səhvlərimiz təbii ki olacaq. Amma çalışacağıq keçirəcəyimiz görüşlərdə yaxşı nəticələr göstərək. Komandamız çalışqandır. Müasir və ağıllı oyun nümayiş etdirir. Düşünürəm ki, birinciliyi əldən verməyəcəyik. Və yekunda çempion olacağıq.

Komandanın baş məşqçisi qış transfer dönəmindən də danışıb. Litvalı çalışdırıcı fasilədə heyətə bir neçə oyunçu cəlb edə biləcəklərini deyib.

Melyunas Yediminas “Gəncə”nin baş məşqçisi: Yanvarın 15-dən fevralın 15-dək qış transfer dövrüdür. Həmin vaxt yeni oyunçular ala bilərik. 2 basketbolçu ilə güclənməyimiz mümkündürk. Hazırda komandada 1 mövqedə  boş yerimiz var. Rəhbərlik uyğun görsə həmin mövqeyə oyunçu cəlb etmək istəyərdim. Hər şeyi vaxt göstərəcək. Hazırda komandamdan çox razıyam. Kifayət qədər oyunçumuz var. Transfer olmasa belə bu komanda ilə uğur qazanacağımıza inanıram.

Liqadakı uğurlu çıxışa münasibət bildirən Gəncənin oyunçusu Əkbər Məmmədov də yalnız çempionluğu hədəflədiklərini söyləyib

İkinci dövrənin ilk oyununda “Gəncə” səfərdə Olimpik Şəkinin qonağı olacaq. Qarşılaşma dekabrın 4-də keçiriləcək.