• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 30.11.2022 19:02

Uşaq bağçaya yaşı ilə, yoxsa əqli ilə hazır olmalıdır?

KepezTV Player

Məktəbəqədər tərbiyə müəssisəsi və ya sadə dillə desək bağça uşaqların tərbiyə ocağı, onları intellektual cəhətdən inkişaf etdirən mərkəz, həmçinin əyləncələrini təmin edən istirahət məkanı kimi qiymətləndirilir. Bütün bu keyfiyyətləri ilə bağça həm də iş-güc arxasınca getməyə məcbur olan valideynlərin etibar etdiyi məkanlardan biridir. Bəzi bağçalar həm də körpələr evi kimi fəaliyyət göstərdiyindən 1-3 yaş arası uşaqları bağçalara həvalə edilməsi mümkündür. Mütəxəsislər isə bu yaşda uşaqların tərbiyəçilərə tapşırılmasını normal hesab etmirlər. Mövzunu Aişə Rzayeva davam etdirir.
Bu gün işləyən ailələrin əksəriyyəti övladlarını bağçaya göndərmək məcburiyyətində qalır. Ələxsus da yaş yarımı haqlayandan sonra balacalar körpələr evinə qoyulur ki, burada onlara tərbiyəçilər tərəfindən qulluq göstərilir. Lakin balacaların belə müəssisələrə uyğunlaşması və bunun onların inkişaf dövrünə təsiri barədə fikirlər birmənalı deyil.
Bağçada fəaliyyət göstərən tərbiyəçilər deyir ki, əsasən də yaşı az olan uşaqların təlim-tərbiyyə müəssisəsinə uyğunlaşması çətin olur. İlk vaxtlarda uşaqlar bağçaya valideyinləri ilə birlikdə gəlirlər ki, bu da işə tələsənlər üçün əlverişli deyil.
Apardığımız təhlil, öyrındiyimiz mütəxəsis fikirləri o nəticəyə gətirib çıxarır ki, qaydaların hər zaman istisnası var. Uşağım bağça yaşına çatıb deyə, yox, uşağım doğurdan da bağçaya getməyə hazırdırmı sualına cavab tapdıqdan sonra qərar vermək ən düzgünüdür.