• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 30.11.2022 20:11

Doğma kəndə qayıtmaq reallığa çevrilir

KepezTV Player

Tarixi, dədə-baba torpaqları olan Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndindən düz 34 ildir əvvvəl qovularaq Gəncəyə pənah gətirən Hacıyevlər ailəsi. Yurd həsrəti, ellərinə, obalarına dönəcəkləri günün arzusu bu müddət ərzində onlarla bərabər olub. Amma arzuların da gerçəkləşməsi üçün gərək inam ola. Bu inamı onlara Vətən müharibəsində qazandığımız qələbənin yaratdığı yeni reallıqlar yaradıb. İndi Nərimanlıya qayıtmaq reallığa çevrilməkdədir.
70 yaşlı Razim Hacıyev Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndindəndir. Qovulmaqlarına baxmayaraq öz doğma yurd yerlərini yadından çıxarda bilmir. İxtisasca müəllim olan Razim dayı birinci Qarbağ müharibəsində qələmini silaha dəyişib, erməni işğalına qarşı savaşıb.
Nərimanlı kəndindən 1988-ci ildən qaçqın olan Hacıyevlər ailəsi əvvəlcə Yevlax, Mingəçevir daha sonra Gəncəyə pənah gətiriblər. ötən müddət ərzində ailənin hər bir üzvü ata-babalarının uyuduqları kəndə qayıdacaqları günə inanıblar. İndi o günün uzaqda olmadığına əmindirlər.

“Göyçə mənim qəlbim” və “Bu mənəm" adlı kitabların müəllifi olan Razim Hacıyev “Qərbi Azərbaycanlılar" birliyinin qərb bölgəsinin rəhbəridir. Bu ahıl yaşında həyat yoldaşı, 3 övladı və 6 nəvəsi ilə gəncliyini keçirdiyi yerlərə qayıtmağa səbrsizlənir.

Elnur Vahidoğlu