• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 30.11.2022 16:18

Mədənin ətrafında ekoloji aksiya keçirilib

KepezTV Player

Daşkəsəndə ekoloji aksiya keçirilib. Nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növləri çoxaldılaraq tarixən yetişdiyi ərazilərə reintroduksiyası edilib. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində “Qırmızı Kitab”a daxil edilən Zəngəzur itburnusu, Nizami itburnusu, “Pulverulenta” kimi itburnu növləri, həmçinin nadir dekorativ və dərman bitkisi olan İriyarpaq kövrək mürdəşərin toxumları əkilib. Ətraf mühitin qorunması, bu istiqamətdə ölkə üzrə fəaliyyətin təşviqi, nadir bitki kollarının çoxaldılması məqsədi daşıyan aksiya çərçivəsində əlavə olaraq göyrüş tinglərinin “Çovdar” qızıl mədəni ətrafında kütləvi əkini həyata keçirilib, aqrotexniki qaydalara uyğun olaraq bitkilərə qulluq göstərilib. Mütəmadi olaraq keçirilən analoji tədbirlər çərçivəsində bugünədək “Çovdar” mədəni və ətraf ərazilərdə yerli şəraitə uyğun 13 mindən artıq ağac və kol bitkisi əkilib, yaşıllıqlar salınıb.