• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 30.11.2022 12:25

Şəmkirdə elektrik yarımstansiyasında yanğın olub

KepezTV Player

Şəmkirin Dəllərcəyir qəsəbəsində elektrik yarımstansiyasında transformatorda yanğın olub. Əraziyə Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə edilib. Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. Məlumata görə, ümumi sahəsi 480 m² olan yarımstansiyanın yanar konstruksiyaları 80 m² sahədə, içərisində transformatorun yanar hissələri, 7 ədəd yağ açarı və 25 p.m kabel yanıb.