• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 30.11.2022 12:21

Dumanlı hava qəzaya səbəb olub

KepezTV Player

Göygöldə yol nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011" minik maşını ara məsafəsini düzgün seçmədiyindən digər  "VAZ 2106" markalı avtomobilə arxadan çırpılıb. Qəza zamanı "VAZ 21011" də olanlar  1992-ci il təvəllüdlü Nuridə Musayeva,1967-ci il təvəllüdlü Xəqani Əmiraslanov,1969-cu il təvəllüdlü Aidə Musayeva və 1973-cü il təvəllüdlü Zülfiyyə Əmiraslanova xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Qəzaya səbəb havanın dumanlı olması göstərilir.