• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 29.11.2022 20:34

İran-Ermənistan münasibətlərində ASALA izi

KepezTV Player

Ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb. Qruplaşmanın keçmiş üzvü Ermənistan mətbuatına bu əlaqələrdən danışıb. Farsların Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən əsas terroçulardan biri olan Monte Melkonyanla hesablaşdıqlarını deyib.

ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan “Hraparak” qəzetinə müsahibəsində qruplaşmanın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İran xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşündən bəhs edib. Qeyd edib ki, Qubadlının işğalına hazırlaşan ermənilərin bu əməliyyatından farslar əvvəlcədən xəbərdar olublar. Onlar Melkonyanla görüşmək üçün Gorusa gəliblər və müharibənin Arazın o tayına keçməməsi üçün ermənilərdən təminat istəyiblər.

Deməli, İran ermənilərin Azərbaycan torpaqlarını işğal etmək niyyətindən agah olub. Din qardaşlarımız nəinki bu işğala, müsəlmanların faciələrinə, onların öz yurdlarından didərgin salınmasına göz yumub, hətta ermənilərlə işbirliyi həyata keçiriblər. İran sonrakı mərhələlərdə də ermənilərlə əlbir olub. İşğal olunmuş ərazilərdə infrastrukturun talan edilməsi, Qarabağda separatçılara sosial, iqtisadi dəstək göstərilməsi, Ermənistana silah ötürülüməsi və digər formalarda.

Bu məqamda, yalnız farslara deyil, elə öz içimizdəki iran sevdalılarına da səslənmək istərdik. Bəs axı islam haqq dinidir, hanı burada haqq-ədalət, hardadır islam birliyi, müsəlman həmrəyliyi?

İran xüsusi xidmət orqanlarının əməkdaşlıq etdiyi Melkonyan Birinci Qarabağ müharibəsi zamanı əli günahsız azərbaycanlıların qanına batmış, Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş əsas terroçulardan biri olub.

Burada sadəcə faktlar yenidir. Mövzu isə bizə yaxşı tanışdır. İranın əsl siması kimi.  Bu faktlar yalnız İranın Azərbaycana riyakar münasibətinin deyil, həm də Tehranın terrorçu mahiyyətinin daha bir təsdiqidir.

Qayıdaq İran-ASALA əlaqələrinə. Molla rejiminin bu terror qruplaşması ilə münasibətlərinin tarixi islam inqilabından əvvələ dayanır. İnqilabın rəhbəri, molla rejiminin qurucusu Ruhullah Xomeyni İrana qayıdanadək Fransada məhz ASALA tərəfindən qorunub, Tehrana qayıdışından sonra ASALA-nın himayəsi altında yaşayıb. Ölkədə sistem qurduqdan sonra isə terrorçulara olan borcunu onları dəstəkləməklə ödəməyə başlayıb. Bu gün fars molla rejiminin ermənipərəst və türkofob siyasətini də Xomeyninin vəsiyyəti hesab etmək olar.