• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 29.11.2022 20:42

Qanunsuz küçə ticarəti ilə bağlı reyd

KepezTV Player

Gəncədə, ələxsus da mərkəzi küçə və prospektlərdə müşahidə edilən qanunsuz küçə ticarətinə qarşı aparılan tədbirlər davam etdirilir. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyevin iştirakı ilə bu gün baş tutan reydin məqsədi də qanunsuz küçə ticarətinin qarşısının alınması olub. Nizami Gəncəvi prospekti boyunca aparılan yoxlamalar zamanı səkilərdə piyadaların hərəkətinə maneə yaradan pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib, həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılıb.