• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 24.11.2022 12:02

Şəmkirdə piyadanı vurub qaçan sürücü saxlanılıb

KepezTV Player

Şəmkirdə piyadanı vurub qaçan sürücü saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun "Report"un Qərb bürosuna verdiyi məlumata görə, noyabrın 17-də, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni Həyat kənd yolundan naməlum kişi meyiti olması barədə məlumat daxil olub.

Məlumat ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb. İlkin araşdırmaların nəticəsində görə, ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın Məmmədov olması və avtomobil vurması nəticəsində ölməsi məlum olub.

Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib.

Araşdırmalar zamanı hadisəni rayon sakini, 1992-ci il təvəllüdlü Vicay İbrahimovun “VAZ 2106” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib. Hazırda həmin şəxs barəsində Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.