• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3127
— 24.11.2022 11:52

Prokurorluq atasını döyərək öldürən şəxslə bağlı məlumat yayıb

KepezTV Player

Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla Vaqif Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı arvadı Mehri Cəfərovaya bıçaqla daxilə nüfuz etməyən xəsarətlər yetirməsinə, həmin vaxt hadisə yerinə gələn oğlu Asəf Cəfərovun onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanıb.Asəf Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.