• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 24.11.2022 11:44

Sakinlərlə növbəti səyyar görüş

KepezTV Player

Gəncədə şəhər rəhbərliyi tərəfindən növbəti dəfə sakinlərin şikayət və təklifləri dinlənilib. 39 nömrəli məktəbdə reallaşan  növbəti səyyar görüşdə müraciətlər işlə təminat, fərdi evin sənədlərinin rəsmiləşdirilməsi, maddi yardımın göstərilməsi, su-kanalizasiya xətlərinin yenilənməsi və digər məsələlərlə bağlı olub. İcra başçısı Niyazi Bayramov sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Müraciətlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.