• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 23.11.2022 20:33

Gəncədə dəm qazından zəhərlənən 4 azyaşlıdan 1-i ölüb

KepezTV Player

Gəncədə 4 azyaşlı dəm qazından zəhərlənib. Hadisə şəhərin Dədə Qorqud küçəsi, bina 38, mənzil 55-də qeydə alınıb. Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Z.Musayeva xəstəxanada ölüb, daha 3 nəfər - 2015 il təvəllüdlü Musayeva Zeynəb Rəsul qızı, 2018-ci il təvəllüdlü Musayeva Dərya Tural qızı, 2019-cu il təvəllüdlü Musayeva Fatimə Tural qızının müalicəsi davam edir. Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.