• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1119
— 23.11.2022 20:31

Əsgər məktəblinin arzusunu yerinə yetirdi

KepezTV Player

"Əsgərə məktub" layihəsi çərçivəsində yazılan naməni oxuyan hərbçi onu yazan məktəblini axtarıb tapıb.Gəncənin 13 nömrəli məktəbində üçüncü sinif şagirdi olan Nuray Rzazadənin məktubda yazdığı istək reallaşıb. Hərbi xidmət olan əsgər Rəşid Xudatov azyaşlının məktubunu oxuduqdan sonra onun müəllifini tapmaq qəqarına gəlib. Nəticə verən axtarışı isə hərbi məzuniyyət müddətində reallaşıb. Əsgər şagirdin oxuduğu məktəbə gələrək Nuray Rzazadə və kollektivlə görüşüb. Kəlbəcərdə xidmət edən Rəşid Xudatov Bakının Mərdəkan qəsəbəsində anadan olub. Nümunəvi xidməti ilə əlaqədar olaraq məzuniyyətə göndərildiyindən məktəbli ilə görüşərək ona hədiyyəsini təqdim edib. Eləcə də məktəb rəhbərliyi tərəfindən əsgərə fəxri fərman verilib.

Nuray Rzazadə  şagird: Əsgərə məktub layihəsində iştirak etdim. Məktubu özüm yazmışdım. Orda yazmışdım ki, əsgər bizim məktəbə gəlsin. Mən çox şad oldum ki, əsgər bizim məktəbə gəldi.

Sevgili Bayramova sinif rəhbəri : Əsgərlərin qəhrəman nümayəndəsi ilə görüşdük. Əsgərə məktub layihəsində bizim sinifdə iştirak etdi. Uşaqlar öz ürək sözlərini ağ vərəq üzərinə köçürərək, sevə-sevə ünvanladılar.

Rza Ələsgərov  məktəb direktorunun müavini, qazi: Mən özüm ikinci Qarabağ müharibəsində iştirak etmişəm. Bizim vaxtımızda da müharibə dövründə də şagirdlər bizlərə məktublar yazırdı. Mən ona görə də bilirəm ki, əsgərlərin yazdığı məktub böyük bir dəstəkdir.