• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 23.11.2022 20:30

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfər edib

KepezTV Player

Aleksandar Vuçiç: "Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir"

"Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir"

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gedib.Azərbaycan Prezidentini Belqradda rəsmi qarşılanma mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb. 

Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Azərbaycan Prezidenti ikitərəfli əlaqələrin inkişafına hər zaman töhfə verildiyini qeyd edib.Aleksandar Vuçiç Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndirərək, Serbiyanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib, iki ölkənin yaxın dost olduğunu vurğulayıb.

Dövlət başçılarının geniş tərkibdə görüşündə İlham Əliyev Serbiya və Azərbaycanın strateji tərəfdaş olduğunu diqqətə çatdırıb. Serbiyalı həmkarını Azərbaycana səfərə dəvət edib. Aleksandar Vuçiç Azərbaycan Prezidentinin timsalınızda real, çiçəklənən ölkəni, Serbiyanın daha böyük dostunu və müttəfiqini gördüklərini xüsusi vurğulayıb.

Görüş başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi keçirilib. İlham Əliyev və Aleksandar Vuçiç “Azərbaycan Prezidenti ilə Serbiya Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.

"Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq", - deyə Prezident İlham Əliyev Aleksandar Vuçiçlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı vurğulayıb. Dövlətimizin başçısı Serbiya ilə Azərbaycanın hər zaman beynəlxalq arenalarda bir-birini müdafiə etdiyini, dəstəklədiyini də diqqətə çatdırıb.Aleksandar Vuçiç isə “ Azərbaycanla bir çox sahədə müxtəlif imkanlara malikik. Öz dövlətlərimizi beynəlxalq arenada təqdim edirik. Xüsusilə beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı iş görürük. Bu da BMT çərçivəsində həyata keçirilir. Fikirləşirəm ki, biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”, - deyə vurğulayıb.

 

Prezident İlham Əliyevin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyanın Baş naziri xanım Ana Brnabiç ilə də geniş tərkibdə görüşü olub. "Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur.", - deyə Ana Brnabiç deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, ölkələr strateji tərəfdaşlardır. Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir.

Ümummilli Lider Heydər Əliyevin və Milorad Paviçin abidələri ziyarət edilib

Prezident İlham Əliyev Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib. Dövlətimizin başçısı abidələrin önünə əklil qoyub.

Prezident İlham Əliyevin şərəfinə Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən rəsmi lanç verilib.

*Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb.