• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 23.11.2022 12:54

Etirazlar hər keçən gün qızışır

KepezTV Player

İranda repressiv molla hökumətinin zülmündən cana doymuş gənclər müxtəxor mollaların əmmaməsini vurub yerə salmaq aksiyasını davam etdirirlər. Və bu, artıq ölkədə trendə çevrilib.

Tehranda yerləşən məktəblərin birində qız şagirdlər dərsləri boykot edərək etiraz aksiyası keçiriblər. Öyrəncilər yaylıqlarını açaraq "Azadlıq, azadlıq, azadlıq" şüarı səsləndiriblər.

Tehranda həmçinin etirazçılar yolu bağlayaraq "Dəstək ver, dəstək ver, ey qeyrətli vətəndaş!"- şüarı səsləndirməklə bütün əhalini etiraz aksiyalarına qoşulmağa çağırıblar.

İranın Əndimeşk şəhərində də etirazçılar yolları bağlayıblar. Hökumət qüvvələri əhaliyə qarşı döyüş silahları və gözyaşardıcı qazdan istifadə ediblər. Muzdlular etirazçılara birbaşa atəş açıblar. Yaralılar var.

Səbzvar şəhərində isə azadlıqsevər gənclər radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus qərargahı yandırıblar.