• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2357
— 22.11.2022 10:00

Ordumuzun mövqeləri atəşə tutulub

KepezTV Player

Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçərin Günəşli, Tovuzqalanın Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsənin Astaf və Tovuzun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atəşə tutub.  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.