• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 21.11.2022 20:19

İngiltərə millisi İranı darmadağın edib

KepezTV Player

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib. İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb. "Xəlifə" stadionunda keçirilən görüşdə darmadağın qeyd alınıb.

Oyunda diqtə edən tərəf ingilislər olan ingilislər 35-ci dəqiqədə hesabı açıblar. Cud Bellingem fərqlənməklə dünya çempionatları tarixinə düşüb. Gənc yarımmüdafiəçi XXI əsrdə anadan olub mundialda qol vuran ilk futbolçu olub.43-cü dəqiqədə Bukayo Saka ikinci topu asiyalıların qapısından keçirib. Fasiləyə kimi İran yığması daha bir top buraxıb. İlk hissənin əsas vaxtına əlavə olunan 1-ci dəqiqədə Rahim Sterlinq rəqibi 3-cü dəfə meydanın mərkəzinə çağırıb. Futbolun yaradıcıları oyunun ikinci bölümündə də hücumda qarşısıalınmaz olublar. 62-ci dəqiqədə Saka özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 65-ci dəqiqədə İran millisindən Mehdi Taremi özündə güc taparaq buraxılan toplardan birinin əvəzini çıxıb. Meydana əvəzetmədən daxil olan Markus Reşford 71-ci dəqiqədə rəqibi 5-ci dəfə məyus edib. Dayanmaq bilməyən İngiltərə komandası 90-cı dəqiqədə Cek Qriliş ilə hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni isə İran yığması qoyub. Penaltini dəqiq yerinə yetirən Taremi yekun nəticəni müəyyənləşdirib - 6:2. İran siyasətdə olduğu kimi futbolda da rəqibləri qarşısında gücsüzdür.