• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 21.11.2022 12:28

Gəncədə yaşayış binasında yanğın olub

KepezTV Player

Gəncənin Tağı Aranı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Hadisə binanın dam örtüyündə qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Tikilinin dam örtüyündə taxta atmalar 2 m² sahədə və tutumu 2 ton olan 1 ədəd plastikdən ibarət su çəni yanıb. Alov söndürülüb. Binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.