• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 19.11.2022 20:23

Britaniyanın Baş naziri Ukraynada səfərdədir

KepezTV Player

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukraynada səfərdədir. Bu barədə Prezident Volodimir Zelenski teleqram kanalında paylaşım edib. Ukrayna lideri həmçinin Kiyevdə Britaniyanın Baş naziri ilə görüş keçirdiyini də yazıb. "Müharibənin ilk günlərindən etibarən Ukrayna və Böyük Britaniya arasında güclü müttəfiqlik olub. Bugünkü görüşdə biz həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik" - deyə Zelinski vurğulayıb. Bu, Rişi Sunakın Böyük Britaniyanın Baş naziri vəzifəsinə seçildikdən sonra Ukraynaya ilk səfəridir.