Bu gün əksər insanlar həm qiymətinə, həm də seçim çoxluğuna görə qramla satılan yağ qarışımı ətirlərə üstünlük verirlər. Elə piyada gəzərkən hər 5 mağazadan birində bu ətirlər satılır desək, yanılmarıq. Növbəti sujetimizdə bu məhsulların qiymətindən, xeyir və zərərindən danışacayıq.
Qramla satılan ətirlərin hazır parfumlardan ən əsas fərqi qiymətidir. Hazır qablaşdırmada olanlar minimum 15-20 manata müştəriyə təqdim olunursa, bu ətirləri 2-3 manatada əldə edirlər. Təbii ki, bu da xanımların və bəylərin neçə ml parfum almağına baxır
Bu ətirlərin daha bir fərqi isə, bir neçə qoxunu bir birinə qatıb, öz zövqünüzə uyğun, sırf sizə özəl bir qarışım hazırlada bilərsiz.
Ətir – görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır. İnsanın gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır. Bunun üçün də seçim edərkən, ucuz ətir deyil, keyfiyyətlisini almaqda fayda var.
Nərgiz Əhmədqızı
- Baxış: 463