• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1012
— 18.11.2022 20:00

İşin cinsə və yaşa görə ayrıseçkiliyi

KepezTV Player

Şəhərdə müxtəlif yerlərdə “işçi tələb olunur” məzmunlu elanlarda xüsusilə qadın işçinin axtarılması yəqin ki, çoxunun diqqətindən yayınmayıb. Bu elanların bəzisində hətta konkret yaş həddi də göstərilir. Bəs belə tələblərin qoyulması nə dərəcə doğrudur? Bununla bağlı videomaterialımız var.

Dayanacaqlarda, binaların fasadlarında, marketlərin qapısında hər gün müxtəlif vakansiyalar üzrə iş elanları ilə rastlaşırıq. “18-25 yaş arası işçi tələb olunur, xanım əməkdaşlar axtarılır, rus, ingilis dili vacibdir, təcrübə arzuolunandır” kimi tələblər elanların mətnlərində öz əksini tapır. Ancaq burada diqqət çəkən nüanslardan biri yaş həddi və cinslə bağlıdır. Şirkətlərin, iaşə xidməti sektorunun, özəl müəssisələrin vakansiyalarına müraciət zamanı 35-40 yaşdan yuxarı insanlar üçün məhdudiyyət qoyulur.

Əmək bazarında olan çətinliklər təkcə bununla yekunlaşmır. Mövcud olan diskriminasiya da başqa problemə yol açır.

İşaxtaranların müvafiq elanlarında qadın işçilərə daha çox tələbat olduğu da müşahidə edilir. Bunun isə bir neçə səbəbi var.

Düzdü qanunvericiliklə müəyyən sahələrdə qadın əməyi məhdudlaşdırılır. Amma ümumilikdə iş elanlarında müəyyən tələblərin qoyulması hüquqi baxımdan yolverilməzdir.

Düzdür işəgötürənlərin  öz iş yerlərində cavan, fəal, əmək bazarının tələblərinə cavab verən gənclərin olması normal haldır. Ancaq bu yaş diskriminasiyası və ya cins fərqi ilə yox, i bacarığı və təcrübə ilə özünü biruzə verməlidir. baxmayaraq ki, hər işəgötürənin fərqli yanaşması və tələbləri var.