• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 18.11.2022 20:11

Şəhid ailələri və qazilər pulsuz olaraq müalicə alırlar

KepezTV Player

Şəhid ailələrinin üzvləri və qazilərinin müayinə və müalicəsi dövlətin diqqət mərkəzindədir. Onların istər xarici ölkələrə, istərsə də ölkədaxili xəstəxana və sanatoriyalara göndərilməsi davam edir. Növbəti belə yoxlamalar kardiorevmatoloji sanatoriyada aparılıb.

Göygöldə yerləşən kardiorevmatoloji sanatoriyaya ürəyində problem olan, əməliyyat və infakt keçirən, həmçinin xroniki revmatizmdən əziyyət çəkən, fəqərə ağrıları olan imtiyaxlı şəxslər göndəriş alıb. Burada təyinat üzrə müalicə və müayinə ilə yanaşı fizioterapiya, müalicəvi idman və vannalar da qəbul olunur.

Sanatoriyyada müalicə alanlar üçün də şərait var. Belə ki sanatoriyyada 50-ə yaxın şəxsin qalması üçün hər cür şərait yaradılıb.

2020-ci ilin noyabırından indiyə kimi sanatoriyada 700-ə yaxın şəhid ailəsinin üzvü və qazi müalicə alıb.

Elnur Vahidoğlu