Gəncədə “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə filialı tərəfindən təşkil edilən tədbirdə Nizami yurdunda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin 500-dən çox tələbəsi iştirak edib. Görüşdə gənclər xaricdə qısamüddətli təhsil və təcrübə proqramları, şəxsi inkişaf, sərbəst iş rejimi, peşəkar əmək fəaliyyəti üzrə təcrübə və tövsiyələrin paylaşılması, karyera planlaması haqda ətraflı məlumatlandırılıb. Ayrı-ayrı vaxtlarda xaricdə təhsil alan 7 şəxs öz təcrübələrini tələbələrlə bölüşərək onlara diqqət yetirilməsi vacib olan əsas amillər, əmək bazarında tələb və təklifin, ətrafdakı insanların karyera seçiminə təsirləri, müasir dövrdə insanın dəyərini artıran bacarıqlardan bəhs ediblər.
- Baxış: 331