Qərəzli və ikili yanaşmadan xəbər verən siyasət. Fransanın Senatın əli ilə anti-Azərbaycan siyasəti nə qədər də Ermənistanın dəyirmanına su tökməyə hesablansa da praktikada nəticə verməyəcək. Nə siyasi, nə də iqtisadi müstəvidə heç bir ölkə mövcud geosiyasi çətin vəziyyətdə Fransa ilə həmrəylik nümayiş etdrəcək qədər deyil.
Fransa Senatında qəbul edilən qətnamə həqiqətdən uzaq, yalan və iftira doludur və açıq təxribat xarakteri daşıyır. Bu addım Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirməklə ikitərəfli əlaqələri də zərbə altına alır. Fransa, erməni separatizmini dəstəkləməklə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir.
Samir Hümbətov politoloq: Fransanın belə addım atması gözlənilən idi. Bu hətta ikinci Qarabağ savaşı ərzində parlamentdə uydurma Qarabağ dövlətinin tanınması məsələsini gündəmə gətirmişdi. Fransanın bu sənədi qəbul etməkdə məqsədi ondan ibarətdir ki, uzun illərdir erməni lobbisinin təsiri altındadır və onlar Fransanın xarici və daxili siyasətinə təsir etmək imkanına malikdir. Digər tərəfdən isə, Fransanın uzunmüddətli türk düşmənçiliyi mövqeyi var “
Qətnamədə həmçinin Azərbaycana neft-qaz embarqosu qoyulması məsələsi də yer alıb. Azərbaycandan Fransaya enerji resusrlarının tədarükünün olmadığını nəzərə alsaq bunun təsir gücünün sıfıra bərabərliyi gün kimi aydırdır. Çünki Aİ, eləcə də quruma daxil olan dövlətlərin böyük əksəriyyəti Azərbaycanla enerji ticarətində maraqlıdır.
Emin Qəribli iqtisadçı: Mən inanmıram hökümət Azərbaycana qarşı embarqo tətbiq etsin, etsə də bir neçə Fransa şirkətləri bizim sahədə çalışırlar mən hesab edirəm ki, onların ölkədən çıxması bizdən çox onlara mənfi təsir göstərə bilər. Azərbaycan bu gün dünyaya qaz-neft ixrac edir qiymətlər bizi qane edən səviyyədədir və tələbat yetərincə çoxdur. Azərbaycanın idxal baxımından Fransadan asılığı azdır. Bunlar elə strateji məhsullar deyil, əvəz etmək çətin olmayacaq.
Fransanın bu siyasəti Azərbaycanla yanaşı Türkiyəyə də qarşıdır. Uydurma erməni soyqırımı ilə bağlı qəbul edilən qətnamənin bəzərinin səsçoxluğu ilə qəbulu buna nümunədir. Nümunə olan həm də erməni soyqırımına məruz qalan Azərbaycanın Fransa tərəfindən günahlandırılmasıdır. Düzdür Senatın qətnaməsi Avropa İttifaqında dağıdıcı rol oynayan Fransada xoruzun banlaması kimi dəyərləndirilə bilər. Hansı ki, yarana biləcək xoşagəlməz vəziyyətə görə məsuliyyət bütövlüklə Fransa tərəfinin üzərinə düşür.
- Baxış: 254