• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 14.11.2022 20:03

Xalq təbabətinin mənfi və müsbət tərəfləri

KepezTV Player

İnsanların əksəriyyəti dadını sevdiyinə görə, bəziləri isə faydalarına görə təbii bitkilərə, çiçəklərə müraciət edirlər. Növbəti sujetimizdə xalq təbabətinin mənfi və müsbət tərəflərindən danışacayıq.

Hazırda gördüyünüz bitkidən mavi çay alınır. Sübut olunub ki, arterial təzyiqin azalmasına kömək edir, qan dövranı yaxşılaşır, əsəbləri sakitləşdirir və qanın təmizlənməsinə kömək edir. Limon vuranda isə dəmlənmiş bitkinin rəngi dəyişir. Eyni zamanda stressdən və əsəbdən uzaq olmaq üçün göyümçiçəyi və melisa bitkisinə müraciət edirlər. Bu bitkilər əsəbləri sakitləşdirir, eyni zamanda yuxu rejimini normallaşdırır.

Bununla yanaşı digər çiçəklərin, bitkilərin də insan orqanizmi üçün yetəri qədər faydası var. Uşaqlarda eləcə də böyüklərdə soyuqdəymə, qrip, öskürək olan zaman ən çox üz tutulan çiçəklər, çobanyastığı, gülxətmi və cökədir.

Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə vasitələri nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlar nəsildən-nəsilə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini tapır, bir sıra yazılı mənbələrdə toplanıb. Əksər hallarda biz tükəçarənin faydalarını görürük. Lakin bəzən normadan artıq və ya yalnış istifadə, xüsusən də uşaqlarda xoşagəlməz hallara yol açır.

Dahi şair Nizami Gəncəvi deyib ki, Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da. Biz də bu bitkiləri vaxtında, yerində, normasında və ən əsası həkim məsləhəti ilə qəbul etsək zərərini yox faydasını görərik.

Nərgiz Əhmədqızı