• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2526
— 14.11.2022 20:02

Valideynlər peyvənd vurdurmaqdan niyə imtina edirlər?

KepezTV Player

Uşaq infeksion xəstəliklərinin profilaktikasında ən önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Valideynləri daim narahat edən mövzulardan biri peyvəndlərin vurulması və sonradan fəsadlarının olub-olmamasıdır. Bəzi valideynlər uşaqda yarananan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul edirlər. Bəs bu nə dərəcədə doğrudur? Ətraflı qarşıdakı sujetdə.

Bəzi valideynlər övladlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edirlər.

Mütəxəsislər isə hesab edir ki, peyvənd zamanı hansı uşaqda hərarət yaranarsa həmin uşağın xəstəliyə qarşı ümuniteti daha yaxşı olur.

Səhiyyə Nazirliyindən bildirilib ki,  ölkə üzrə peyvənd planı 95-97 faiz yerinə yetirilsə də, peyvənddən imtina edən valideynlər hələ də var. Həkimlər tövsiyyə edir ki, valideyinlər övladlarını yaş təqviminə uyğun olaraq vaxtı vaxtında peyvəndə aparsalar bu onların sağlamlığı üçün xeyirli olar.

Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. Aparılan vaskinasiya prosesi nəticəsidə  tetanus, göyöskürək, pnevmokok, məxmərək və qızılca kimi 11 xəstəlik demək olar ki, müşahidə olunmur.

Gəncə bu proses 9 məntəqədə həyata keçirilir ki, ötən il peyvəndləmə göstəricisi 98 faiz təşkil edib.