• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2099
— 14.11.2022 20:10

Dağ rayonunda əkin sahələri genişləndirilib

KepezTV Player

Gədəbəydə 2021-ci ilə nisbətən 2022-ci ildə əkin sahələri genişləndirilib. Taxılçılıq və kartofçuluq təsərrüflarının artması həm də məhsuldarlığa müsbət təsir edib. Həmçinin cari il dağ rayonu üçün xarakterik olmayan müxtəlif növ meyvə bağları da salınıb.

Gədəbəydə 2022-ci ilin məhsulu üçün taxılçılıq sahəsinə maraq çoxalıb. Demək olar ki, geridə qoyduğumuz ildə buğda və arpa sahələri 270 hektara yaxın artıb. 2023-cü il üçün isə proqnozlar daha ürəkaçan olacaq. Hələlik payızlıq taxın səpini 3300 hektara yaxın ərazidə aparılıb ki, yazda daha 300 hektar arpa səpini həyata keçiriləcək. Bu da məhsuldarlığın artırılmasına hesablanıb. Rayonda ən çox becərilən kartofçuluqda da təsərrüfatlar böyüyüb. Gələn il 10 min hektardan artıq ərazidə kartof əkilməsi nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 300 hektar çoxdur.

2023-cü il üçün səpilən taxıl sahələrində bitkinin çıxışı müsbət məcradadı. Bunu aparılan müşahidələr deməyə əsas verir.

Gədəbəydə 3700 hektara yaxın ərazidə becərilən meyvəçilikdə də bağ sahələri çoxaldılıb. Təkcə son iki ildə dövlət tərəfindən verilən subsidiyaların artırılması səbəbindən kəndlidə maraq yaranıb və sahələr 30 hektara yaxın artırılıb. Bu bağların bir qismi dağ rayonu üçün yenidir.

Gədəbəydə ümumilikdə 15000 hektara yaxın ərazi əkinə yararlıdır. Bu sahələrin 60 min hektarı suvarılan qalanı isə dəmyə şəraitdə becərilən torpaqlardır.