• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2601
— 14.11.2022 15:40

“Sevil” operası tamaşaçıları heyran edib

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Milli Opera və Balet Teatrının təqdimatında  Cəfər Cabbarlının eyni adlı dramı əsasında, dahi bəstəkar Fikrət Əmirovun  iki pərdədən ibarət “Sevil” operası nümayiş olunub. Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan operaya Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib. Tamaşanı dirijor Orxan Həşimov idarə edib. Tamaşanın bədii rəhbəri Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylidir. Balaş obrazını Xalq artisti, professor Azər Zeynallı, Sevil obrazını Fatimə Cəfərzadə canlandırıblar. Fikrət Əmirov “Sevil” operasını Cəfər Cabbarlının eyniadlı pyesi əsasında Tələt Əyyubov tərəfindən qələmə alınan libretto üzərində 1949-1952-ci illərdə yazıb. Gəncə Dövlət Filarmoniyasında 100 yaşlı bəstəkarın zəngin və ecazkar musiqisi, vokalçıların möhtəşəm ifası, simfonik orkestrın, balet qrupunun professional çıxışı tamaşaçıları heyran edib və davamlı alqışlarla qarşılanıb.