• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2352
— 14.11.2022 15:59

YAP-ın təsis edilməsinin 30 illiyi qeyd edilib

KepezTV Player

Naftalanda  Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilib, Şəhidlərin əziz xatirəsinə ucaldılan Memorial Xatirə Kompleksi önünə gül dəstələri düzülüb. Dahi şəxsiyyətin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən foto-eksponatlara baxış keçirilib, Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub. Zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyin dayandığına diqqət çəkilib. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlılığı vurğulanıb. Qarabağ Zəfərindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın parlaq gələcəyə doğru daha inamla irəllədiyi diqqətə çatdırılıb. Naftalanda YAP-ın 1331 nəfər uzvu var. Tədbirin sonunda şəhərin ictimai həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.