• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 13.11.2022 22:11

Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimir

KepezTV Player

İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimir. Günbəgün artan və genişlənən aksiyaların hədəfi mövcud molla idarəçilik rejimidir. Artıq arxada qalmaq üzərə olan həftə ərzində ölkənin müxtəlif ərazilərində insanlar öz narazılıqlarını fərqli formalarda izhar ediblər.

Etirazçılar sistem daxilində siyasi islahat tələb etmirlər, qəti şəkildə molla rejimin getməsini istəyirlər.Aksiyalar başlayandan içərisində uşaqların da olduğu yüzlərlə insan öldürülüb, 15 mindən çox şəxs həbs olunub. İran parlamenti 290 deputatdan 227-nin səsi ilə minlərlə insanın edam cəzasını təsdiqləyib. Onların böyük əksəriyyəti son etiraz aksiyalarına qatılanlardır.

(10 noyabr 16.30) Ancaq parlamentin edam cəzasını təsdiqləməsi belə insanların gözünü qorxutmayıb. Paytaxt Tehran da daxil olmaqla ayrı-ayrı şəhərlərdə etirazçılar molla rejimi əleyhinə şüarlar səsləndiriblər. Divarlara yazılan anti-hökumət şüarları silinsə də, onlar daha kəskin şüarlarla əvəz olunub. Qəndərican şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı molotov kokteyllərindən istifadə ediblər. Ölkədə 135 universitetin tələbələri nümayişləri dəstəkləyib.

(7 noyabr 20.30) Ərdəbil, Şiraz və Bircənd şəhərlərinin zindanlarında 8 məhkum edam edilib. Saxlanılanların 600-ə yaxını tələbədir və 2000 nəfərdən çox etirazçının taleyi haqda isə məlumat yoxdur. İran parlamentində hökumət qüvvələrinin insanlara qarşı zorakı davranması ilə bağlı narazılıqlar yaranıb.

(8 noyabr 20.30) İranda bir qrup əmmamaməli və əbalı din xadimi ilə hicabsız qadınlar arasında qarşıdurma olub. Sosial şəbəkələrdə yayılan videolardan məlum olur ki, din xadimləri hicabsız gəzdikləri üçün qadınları təhriq ediblər. Qadınlar da onlara cavab veriblər.

(11 Noyabr 22  12.30) İranın kamandan oxatma üzrə milli komandasının üzvü Parmida Qasemi idman rəsmilərinin önündə çarşabını çıxarıb. Atlet İranın paytaxtı Tehrandakı Fars Körfəzi Kubokunun mükafatlandırma mərasimində bu addımı atıb. Daha əvvəl alpinist Elnaz Rekabi Cənubi Koreyanın paytaxtı Seuldakı yarışda baş örtüyü olmadan yarışıb. Konkisürən Niloufar Mərdani isə Türkiyənin İstanbul şəhərindəki yarışın mükafatlandırma mərasimində eyni addımı atıb.

(10 Noyabr 22  12.30) Ərak şəhərində də etirazçılar “diktatora ölüm olsun” şüarları ilə aksiya keçiriblər.

(12 noyabr 20.30) Xaş, Qum, Əhvaz, Hürmüzqan, Kazerun, Rask kimi şəhərlərdə də oxşar hadisələr baş verib. “Azadlıq!”, "Qadın, həyat, azadlıq!" kimi şüarlarla insanlar molla respublikasına qarşı narazılıqlarını nümayiş etdiriblər. Zahidanda etirazçılar Xameneyinin bannerini ayaqları altına alaraq tapdalayıblar. Sistan və Bəluçestan əyalətində qəzəbli insanlar "Bəsic" qüvvələrinin qərargahına hücum edərək oranı dağıdıblar. Rask şəhərində "Xameneiyə ölüm!" şüarının sədaları altında molla respublikasının bayrağını yandırıblar. (12 noyabr 12.30) İranın Xomeyni hava limanında zabitlərlə sərnişinlər arasında toqquşma baş verib. Qarşıdırma İslam İnqilabı Keşikçiləri Korpusu əməkdaşlarının sərnişinlərin mobil telefonlarına baxış keçirməsi zamanı yaranıb.

Firdovsi adına Məşhəd Universitetində çıxış edən tələbə isə tribunadan hökumət sözçüsünə xitabən: "Səhv etdiyinizi etiraf edin və xalqdan üzr istəyin”, “Vətənini tərk edən gənclərə, internetdəki vəziyyətə, bağlanan bütün iş yerlərinə, təyin etdiyiniz səriştəsiz nazirlərə görə üzr istəyin!” - deyə etirazını ifadə edib. Ölkədə cəmiyyətin öz təmsilçiləri deyirlər ki, bütün hallarda İran daha əvvəlki kimi olmayacaq. İran rejimi anlamalıdır ki, 1980-ci illərin standartları ilə 2022-ci ildə yaşamaq qeyri-mümkündür.