• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 11.11.2022 19:42

Müxtəlif sahələrdə fərqlənməyi bacaran bacılar

KepezTV Player

Bəzi uşaqlar həmyaşıdlarına nisbətən yüksək yaradıcılıq, bədii, musiqi və ya liderlik qabiliyyətlərinə malikdirlər. Elə uşaqlar sırasında Həbiblilər ailəsinin iki qız övladı da yer alır. Xüsusi istedadları ilə seçilən Dəniz və Hilay haqqında hazırlanan sujeti izləyək.

Bacılar istedadını ilk olaraq ataları Samir Həbibli kəşf edib, özü də  idmanla bağlı. Özü idman sahəsində çalışdığından qızlarının imkanlarını dəyərləndirməyə qərar verib.

İstedadlı bacılar 6 yaşından musiqi, rəsm, rəqs, cüdo, güləş və üzgüçülüklə məşğul olurlar. Bununla yanaşı onlar dərslərində də uğurlu şagirdlərdir. 4-cü və 7-ci sinifdə təhsil alan Dəniz və Hilay sinifdə əlaçıdırlar.

Fərqli sahələrdə özlərini sınayan qızlar müxtəlif nominasiyalar üzrə bir çox uğura da imza atıblar. Yerli və beynəlxalq yarışlarda iştirak edərək diplom, sertfikart və medallarla təltif olunublar.

Dəniz və Hilay bacıları daha bir istedadın sahibidirlər. Onlar peşəkar şəkildə musiqi ilə də məşğul olurlar. 7 yaşından piona dərsləri alırlar.