• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 11.11.2022 19:45

"Ağ qızıl"ın yığımı gecikir

KepezTV Player

Qərb bölgəsində ən çox pambıq Goranboyda əkilir. Lakin bu il "Ağ qızıl"ın yığımı gecikdiyindən torpaq mülkiyyətçiləri məjsulu tədarük məntəqələrinə verməkdə çətinliklər çəkirlər. Bunun səbəbini qarşıdakı sujetdən biləcəksiniz.

Bu il Goranboyda pambığın yığımına sentyabrın ortalarından başlanılıb. Artıq mülkiyyətçilər birinci yığımı başa çatdırıblar. Hazırda kombayınlarla ikinci üz yığım həyata keçirilir. Məhsulu vaxtında və itkisiz təədürük məntəqlərinə daşımaq üçün 10-ə yaxın kombayın və 25-ə yaxın qoşqulu traktor sahələrdən "ağ qızıl"ın yığımına cəlb edilib. Lakin ötən illə müqayisədə bu proses gecikir. Bu da torpaq mülkiyyəçilərinin gözləntilərini doğrulmur.

Aqrar rayon olan Goranboyda ötən il fermerlər hər hektardan təxminən 30-35 sentner məhsul götürüb. Bu il isə məhsuldarlıq azalıb. Beləki fermerlər hektardan 23-25 sentner məhsul götürür.

Goranboyda ötən il 2647 ha sahədən 7 min ton ağ qızıl yığılıb. Bu il isə hələ 800 ha-a yaxın sahədə pambıq yığılmayıb. Pambığın noyabırın sonuna kimi yığılması nəzərdə tutulur.

 

Elnur Vahidoğlu