• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1287
— 11.11.2022 12:10

Qarabağdakı qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

KepezTV Player

Noyabrın 11-i saat 00:30-dan saat 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, noyabrın 11-i saat 01:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatında Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirlərinin görüldüyü qeyd olunub.