• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 10.11.2022 12:03

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosu qəbul edib. Dövlətimizin başçısı, Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu mötəbər tədbirin önəmini vurğulayıb, oyunların təşkilində Spiros Kapralosun rolunu yüksək qiymətləndirib. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan qonaq bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlətimizin başçısının rolunu xüsusi qeyd edib. Bildirib ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa Olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos dövlətimizin başçısına Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim etdi.