• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2463
— 09.11.2022 21:15

Zəfər günü münasibətilə yarışlar reallaşıb

KepezTV Player

Gəncə şəhər 2 nömrəli Uşaq Gənclər-İdman Şahmat-Məktəbinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə kikboksinq və boks idman növləri üzrə birinciliklər keçirilib.

Hər iki yarış Gəncə Oimpiya İdman kompleksində baş tutub. Əvvəlcə kikboksinq üzrə açıq birincilik reallaşıb. Rəsmi açılış mərasimində Zəfərimizdən danışan çıxışçılar hərb meydanında bu idman növü ilə məşğul olan igidlərin qazanılan qələbəmizdə əməyindən danışılıb. Nizami yurdundan da kifayət qədər kikboksinqçinin Vətən müharibəsində iştirak edərək şəhid və qazi olduğu diqqətə çatdırılıb. Ardından mübarizələr başlayıb. Açıq xarakterli olduğundan birincilikdə Gəncə ilə yanaşı Samux,  Şəmkir, Gədəbəy, Bərdə, Kəlbəcər və Ağdamı təmsil edən 20-dən çox komanda iştirak edib. 200-dən artıq döyüşçünün qatıldığı yarış uşaq, yeniyetmə və gənclər arasında təşkil edilib.

Yarışda torpaqlarımızın azadlığı uğrunda vuruşan və Zəfərimizdə pay sahibi olan qazilər də iştirak ediblər.

Digər yarış isə boks üzrə keçirilib. Məktəbin daxili birinciliyinin açılışda tarixi zəfərimizdə hərbçilərimizin cəsarəti, qəhrəmanlığı sayəsində uzun illik həsrətə son qoyulduğu ifadə olunub. Yarışa gəlincə mübarizələrə 100-dən çox dəri əlcək ustası qatılıb. Birincilikdə 13-14 və 15-16 yaşlı yeniyetmələr qalib olmaq üçün rinqə çıxıblar.

Yarışların sonunda qalib və mükafatçılar diplom və medalla təltif ediliblər.