• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2245
— 07.11.2022 20:45

Yediyimiz turşu zəhər olmasın

KepezTV Player

Payız və qış mövsümündə süfrəmizdən əksik olmayan məhsullardan biri də turşu və şorabalardır. İştahamızı da artıran bu məhsullardan istifadə edərkən diqqət yetirməli olduğumuz bir çox məqamları unutmamalıyıq. Nəzərə alsaq ki, evlərdə də fərdi qaydada turşu məhsulları hazırlanır, bir çox məqamlara diqqət yetirilməlidir.

Alıcılar konservlərlə yanaşı bazarda açıq şəkildə satılan tuşularada üstünlük verirlər. Lakin burda da diqqət edilməli gərəkən bəzi məqamlar var.

Açıq havada satılan və xüsusi nəzarət olumayan bu məhsullar insan səhhəti üçün daha çox təhlükəli ola bilər.

Ceyhun Orucov satıcı: Turşuların hamısından var. Ev şəraitində qoyulur hamısı. Ən çox kələm turşuna, ağa, qırmızıya təlabat çoxdur. Alıcılar dadına baxıb bəyənib alırlatr. Biz 15 ildir işləyirik, bizim turşudan zəhərlənən olmayıb hələ. Hamı razılıq edir.

Mütəxəsislər isə deyir ki, turşu düzgün hazırlandığı təqdirdə faydalı olur. Məhsulun tərkibində olan mikroelementler və vitaminlər normal səviyyədə qalır, bununla da bizim qış ərzində olan vitamin aclığımız ödənir. Odur ki, açıq havada satılan turşylardan fərqli olaraq konservləşdirilmiş məhsullara üstünlük verilməsi məsləhət görülür.

Afət Məmmədova  həkim: Hal hazırda mövsünlə əlaqədar bizdə qida zəhərlənmələrindən turşulardı.Turşu alarkən birinci diqqət eləməlidirlər istehsal tarixinə son istifadə müddətinə. Eyni zamanda alan zaman şüşədə görərsə rəngi bulanıqdırsa həmin o qidadan imtina olunmalıdır. Bizdə ən çox rast gəlinən turşu zəhərlənmələri batolizmdir. Batolizmi törədən batalo taksindir. Sırf sinir sisteminə təsir edir. Amma ondan əvvəl ilkin əlamətləri olur. İlkin əlamətlərindən qusmadı, ishaldı, qarın nahiyəsində sancılardı. Amma sinirə təsir edənlər əzələyə təsir edir. Başlayır spazm yaradır. Birnci növbədə ürək damara təsir edir. Əlamətlər üzə çıxarkən ev şəraitində birinci mədəni yumaq lazımdır. Yəni insan özünü qusdurmalıdır ki, bütün mədə bışalsın. Davam elədikcə bu simptomlar mütləq həkimə müraciət olunmalıdır.

Turşu hazırlayarkən və alarkən diqqətli olmaq lazımdır. Onun tərkibinə qədərindən az və yaxud çox hansısa bir məhsulun əlavə edilməsi zəhərlənməyə, bəzən də ölümə səbəb ola bilər.