• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 07.11.2022 20:24

"Kəpəz" də "Qarabağ"ı dayandıra bilmədi

KepezTV Player

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Ağdam klubundan ilk qolu 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Ramil Şeydayev vurub.İkinci hissədə Kəpəz hesabı bərabərləşdirib. 75-ci dəqiqədə kücn zərbəsinin davamında Yusif Nəbiyev fərqlənib. Amma gəncəlilərin qol sevinci cəmi bir dəqiqə çəkib. Musa Qurbanlı komandasını yenidən hesabda önə keçirib. Az sonra Qarabağ daha bir qola imza atıb.Əvəzetmədən meydana daxil olan Kvabena Ovusu komandasının üstünlüyü artırıb. Oyunun sonlarında meydan sahibləri daha bir dəfə fərqlənməyə yaxın olublar. Amma Musa Qurbanlı penaltidən yararlana bilməyib.Bu nəticədən sonra xallarının sayını 36-a çatdıran "Qarabağ" liderliyini qorulub. "Kəpəz" 8 xalla 8-ci sırada qalıb.