• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 07.11.2022 20:54

Cəbrayılda DSX-nin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri istifadəyə verilib

KepezTV Player

Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib. Mərasimdə çıxış edən Xidmət rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsini qeyd edib.Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edən Vətən müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib, həmçinin xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular təltif olunub.